Nəşr edilmişdir 05/29/2025

Paylaşın

GÜNDƏM

“Gülüstan” Sarayı – Bakının zirvəsində sükutla danışan məkan

“Gülüstan” Sarayı

Şəhərin zirvəsində doğulan saray

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir. Onlar divarlarında tarix saxlayır, zallarında səslənmiş qərarlar bir xalqın taleyini dəyişir. Bakının səmasında ucalan “Gülüstan” sarayı da məhz belə məkandır – daşdan deyil, xatirədən və zamanın nəfəsindən hörülmüş bir abidədir.

Memarlığın zərif poeziyası

“Gülüstan” sarayı ümummilli lider Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə “Bakı Dövlət Layihə” İnstitutu tərəfindən hazırlanmış layihə əsasında 1979-1980-ci illərdə inşa edilib. Tikinti işlərinə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Əliş Ləmbəranski rəhbərlik edib, Sarayın memarları Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov olublar. Layihəni hazırlayan bu şəxslər bir binanı deyil, daxili fəlsəfəsi olan bir mədəniyyət məbədi yaratdılar. Onlar Azərbaycanın milli memarlıq üslubunu müasir tələblərlə birləşdirdilər: tağlı eyvanlar, şərq naxışları, təbii işığın zərif oyunlar… 600 nəfərlik əsas zal, “Şərq zalı” və konfrans otaqları – bunların hər biri həm funksional, həm də estetik baxımdan zərgər dəqiqliyi ilə işlənib.

Tarix yazan anlar – “Əsrin Müqaviləsi”

Bir binanı tarixə salan daş deyil, orada yaşanan anlardır. 1994-cü ilin 20 sentyabrında məhz “Gülüstan” sarayında “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə ilə Azərbaycan dünya enerji xəritəsinə daxil oldu, Xəzərin altındakı zəngin neft ehtiyatları ilə ölkə öz taleyini yenidən yazmağa başladı. O gün bu möhtəşəm saray sadəcə bir mərkəz deyil, beynəlxalq diqqətin toplaşdığı strateji bir arena idi. Burada imzalanan müqavilə həm iqtisadi, həm də siyasi müstəqilliyimizin əsas sütunlarından birinə çevrildi.

2021 – Yeni nəfəs, dəyişməyən ruh

Zaman keçdi, amma “Gülüstan” sarayı zamanın sınaqlarından zərrə qədər zərər görmədi. 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə saray əsaslı şəkildə yenidən quruldu. Bu təmir zamanı bina müasir texnologiyalarla təchiz olunsa da, onun tarixi və estetik ruhu qorundu. İndi “Gülüstan” sarayı yalnız rəsmi tədbirlərin deyil, beynəlxalq forumların, mədəniyyət gecələrinin, elmi konfransların da ev sahibidir.

Eyvandan Bakıya – tarixə və gələcəyə baxış

Bakıya yüksəkdən baxmaq istəsəniz, “Gülüstan” sarayının yerləşdiyi zirvəyə qalxın. Sarayın geniş eyvanına çıxanda şəhər sükutla danışır.  Buradan Xəzərin maviliyi, şəhərin daş divarları, köhnə şəhərin – İçərişəhərin minillik nəfəsi və “Alov qüllələri”nin müasir alovu bir baxışda görünür. Dənizdən gələn həzin meh insanı valeh edir. Və buradan görünən mənzərə təkcə şəhəri göstərmir, eyni zamanda bir millətin keçmişini, bu gününü və sabaha olan ümidini əks etdirir. Şəhərin qədim və müasir sintezi bir-birinə hörük kimi toxunmuş şəkildə gözləri oxşayır.

Son söz əvəzi…

“Gülüstan” sarayı təkcə gözəl bir bina deyil. Bu, Azərbaycanın XX və XXI əsrlər tarixinin susmayan şahididir. Onun divarları bir millətin müstəqillik uğrunda apardığı mübarizəni, qəbul etdiyi qərarları, gələcəyə yönəlik baxışlarını səssizcə qoruyur. Bu saray keçmişlə gələcək arasında körpü, mədəniyyətlə siyasətin qovuşduğu məkan, Bakının daş ruhuna çevrilmiş yüksəkliyidir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsrlərin tozu dağıldı və XV əsrdə şoqun Yoşinori Aşikaga tərəfindən Naranın Şosoin xəzinəsində tapılmış sirli “göy qurşağı əjdahası”

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.