Bakı bu bahar günlərində sanki rənglərin bayramını yaşayır. Küçələr, parklar, xiyabanlar al-əlvan güllərlə bəzənib, şəhərə tamam başqa bir ruh qatıb. Hər addımda göz oxşayan bu mənzərə insanı dayanıb baxmağa, anı yaşamağa vadar edir. Təbiətin incə zərifliyi ilə şəhərin ritmi burada ahəng içində birləşir. Bu gözəlliyi isə sadəcə görmək yox, yaddaşa köçürmək istədik.







