Nəşr edilmişdir 04/09/2025

Paylaşın

GÜNDƏM

Güclü küləklə əlaqədar paytaxtda aşan ağaclar götürülüb

20250409_101703

Dünən axşamdan əsən küləklə əlaqədar paytaxtda 12 ağacaşma, 7 iri budağın sınıb düşməsi halı baş verib.
Bu barədə Baki-baku.az-a Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd edilib ki, əsən küləklə əlaqədar Birliyə 19 müraciət daxil olub.
“Ümumilikdə baş verən hadisələr əsasən Nəsimi, Sabunçu və Binəqədi rayonlarında qeydə alınıb. Ağaclar güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olması səbəbindən aşıb. Dərhal qəzanın nəticələri aradan qaldırıb. Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər. Davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək”, – deyə bildirilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 20-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Bu gün bütün dünyada xristianlar Pasxa bayramını qeyd edirlər.

GÜNDƏM

Bu gün bütün dünyada xristianlar Pasxa bayramını qeyd edirlər.