Dünən axşamdan əsən küləklə əlaqədar paytaxtda 10 ünvanda ağacaşma, 2 ünvanda isə iri budağın sınıb düşməsi halı baş verib.
Bu barədə Baki-baku.az-a Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd edilib ki, baş verən hadisələr əsasən Nərimanov, Yasamal, nizami rayonlarında qeydə alınıb. Aşan ağaclar qovaq ağaclarıdır. Həmin ağaclar güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olması səbəbindən aşıb.
Bildirib ki, ağacların aşması və iri budaqların sınaraq düşməsi hər hansı bir fəsad törətməyib. Dərhal qəzanın nəticələri aradan qaldırıb. Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər. Davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək.


