Bakı şəhərində güclü küləklə müşahidə olunan hava şəraiti davam edir. Mövcud hava şəraiti ilə əlaqədar bəzi ərazilərdə ağacların aşması halı müşahidə olunub.
Baki-baku.az Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadla xəbər verir ki, ötən gecə güclü külək altı ağacın aşmasına səbəb olub.
Birliyin operativ qrupları tərəfindən fəsadlar aradan qaldırılıb.

