Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

HƏR ŞEYDƏN

Gəlin Kəməri – Qədimdən gələn qeyrət simvolu

Gəlin Kəməri, Belbağı

Azərbaycan xalq mədəniyyətində gəlinin belinə bağlanan kəmər – belbağı, təkcə zinət əşyası deyil, həm də dərin rəmzi məna daşıyan bir adətdir.

Əvvəllər gəlinin cehizinə daxil edilən belbağı, ata tərəfindən qızın belinə taxılırdı. Onsuz qız köçürmək qeyri-mümkün sayılır, bu, ailə şərəfi ilə bağlı bir məsələ kimi qəbul olunurdu. Sonralar bəzi bölgələrdə bu kəmər oğlan evindən gətirilən nişan və gəlinapardı mərasimlərinin də vacib hissəsinə çevrildi.

Belbağı adətən qırmızı məxmərdən və ya dəridən hazırlanır, üzərinə gümüş və ya qızıl sikkələr düzülürdü. Bu sikkələrin bəzilərindən qarmaqla “abbaslıq” və ya digər xırda pullar asılır, qadın yeridikcə onların səsi cin-şər ruhlarını qovduğuna inanılırdı. Qırmızı rəng isə qoruyucu gücə malik sayılır, bəd nəzərdən və bədxah qüvvələrdən ana bətnini qoruyan simvol kimi qəbul edilirdi.

Zəngin ailələrdə belbağı tamamilə gümüş və ya qızıldan düzəldilər, “girvənkə toqqa” və ya “suvalaq toqqa” adlanardı. Bu növ kəmərlər yalnız evli qadınlara aid idi – subay qızın onu taxması yolverilməz sayılırdı.

Eyni adla tanınan kişi belbağıları da vardı. Bəy toyunda taxılan, üzərinə tütün kisəsi, xəncər və digər əşyalar asılan “çillik toqqa” da həm praktiki, həm də simvolik dəyərə malik idi. Zəngin bəylər bəzəkli “təkbənd” taxar, kasıblar isə sadə qurşaq və qayışlarla kifayətlənərdi.

Belbağı – sadəcə bir kəmər deyil, qadının və ailənin qoruyucusu, izzət və qeyrət nişanəsidir. Nəsildən-nəslə keçən bu adət hələ də bəzi bölgələrdə yaşamaqdadır. Lakin indi daha çox bu bağ toyda bəyin qardaşı tərəfindən gəlinin belinə bağlanan bəzəkli qırmızı lentlə əvəz olunub. Üstü bərbəzəkli olan bu qırmızı lent əsasən atlasdan olur.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Payızın ilk günləri Bakının küçələrinə yalnız sərin havanı deyil, həm də təhsil mövsümünün gətirdiyi tanış mənzərəni qaytarır –

Ən son

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

HƏR ŞEYDƏN

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin