Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/31/2025

Paylaşın

GÜNDƏM

Gələn ilin ilk gününə olan hava proqnozu açıqlanıb

Hava proqnozu, Hava

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin