Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/09/2026

Paylaşın

GÜNDƏM

Gələn ay Bakıda baş tutacaq aqrar sərgilərdə 300-dən çox şirkət iştirak edəcək

"Caspian Event Organisers"

Azərbaycanda beynəlxalq sərgilər mövsümünə may ayında kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri ilə start veriləcək.

Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkətindən məlumat verilib.

Bildirilib ki, mayın 5-8-də Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) bu sərgiləri dəstəkləyirlər.

Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend – “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur. Təşkilatçılar hesab edirlər ki, yenilənmiş və genişlənmiş konsepsiya sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaq. Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. İndiyədək sərgilərdə iştirakını dünyanın 30-dan yuxarı ölkəsindən 300-dən çox şirkət təsdiq edib.

Sərgilər çərçivəsində AFAZ (Africa-Azerbaijan Cooperation), Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland, İndoneziya və Şimali Kipr milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. Qeyd edək ki, AFAZ, Braziliya və Şimali Kipr bu sərgilərə ilk dəfə qatılır.

Mühüm yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.

Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsanlar yan-yana duranda: Baltik zənciri

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin