Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/10/2025

Paylaşın

GÜNDƏM

“Gənclik Mall”un qarşısında taksilərə minib-düşmə üçün ərazi təşkil olunub

IMG-20250610-WA0016_converted

Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) daha bir yenilik edilib.
Baki-baku.az xəbər verir ki, “Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.
Məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.
Xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…