İlon Mask 2026-cı ilin noyabrında Marsa süni intellektli robotlar göndərməyi planlaşdırır.
Baki-baku.az xəbər verir ki, bu barədə “SpaceX” rəhbəri Mask öz “X” hesabında bəyan edib.
“Yer və Mars arasında səyahət hər 26 aydan bir mümkündür, növbəti dəfə bu, təxminən gələn ilin noyabrında olacaq. Əgər hər şey yaxşı olarsa, “SpaceX” aerokosmik şirkəti “Starship” gəmilərini avtonom robotlar və “Grok” süni intellekti ilə birlikdə Marsa göndərəcək”, – deyə Mask “X”də bildirib.