Gələcəkdə Bakıda planlı şəkildə 1000-ə yaxın küçənin işıqlandırılması təmin ediləcək.
Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin texniki şöbəsinin rəisi Anar Sultanov deyib.
O bildirib ki, ümumilikdə paytaxtın inzibati ərazisinə daxil olan 2600 küçə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən işıqlandırılır.
Şöbə rəisi, həmçinin qeyd edib ki, 2021-2024-cü illər ərzində Bakı şəhərində yeni led tipli işıqlandırıcılardan istifadə edilməklə 1300 kilometr uzunluğunda küçələr işıqlandırılıb: “Yeni led tipli “Philips” işıqlandırıcıları ekoloji cəhətdən təmizdir, az enerji sərf edir və tam təhlükəsizdir. O cümlədən yeni işıqlandırıcıların üstün cəhətləri ondan ibarətdir ki, məsafədən idarəetmə sistemi ilə yanma-sönmə həyata keçirilir və işıqlandırıcılarda hər hansı bir problem yaranarsa, idarəetmə vasitəsilə aşkarlanır, dərhal tədbir görülür”.
Açıqlamanın geniş mətni ilə buradan tanış ola bilərsiniz.