Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı Belarusiyada keçirilən “Belaya Veja” Beynəlxalq Teatr Festivalında çıxış edəcək

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Belarusiyanın Brest şəhərində keçirilən 30-cu “Belaya Veja” Beynəlxalq Teatr Festivalında çıxış edəcək

Baki-baku.az cəbər verir ki, sentyabrın 14-də, saat 20:00- da Brest Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq birhissəli səhnə əsərinin quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Qeyd edək ki, “Kontrabas” monotamaşası bir çox nüfuzlu beynəlxalq feativallarda iştirak edərək mükafatlar qazanmışdır

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın moderatorluğu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin