Nəşr edilmişdir 01/24/2025

Paylaşın

GÜNDƏM

Gələcəkdə Bakıda 1000-ə yaxın küçənin işıqlandırılması nəzərdə tutulub

DAACC321-F95B-4D1C-922F-B18A58801AEF

Gələcəkdə Bakıda planlı şəkildə 1000-ə yaxın küçənin işıqlandırılması təmin ediləcək.
Bunu Baki-baku.az-a açıqlamasında “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin texniki şöbəsinin rəisi Anar Sultanov deyib.
O bildirib ki, ümumilikdə paytaxtın inzibati ərazisinə daxil olan 2600 küçə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən işıqlandırılır.
Şöbə rəisi, həmçinin qeyd edib ki, 2021-2024-cü illər ərzində Bakı şəhərində yeni led tipli işıqlandırıcılardan istifadə edilməklə 1300 kilometr uzunluğunda küçələr işıqlandırılıb: “Yeni led tipli “Philips” işıqlandırıcıları ekoloji cəhətdən təmizdir, az enerji sərf edir və tam təhlükəsizdir. O cümlədən yeni işıqlandırıcıların üstün cəhətləri ondan ibarətdir ki, məsafədən idarəetmə sistemi ilə yanma-sönmə həyata keçirilir və işıqlandırıcılarda hər hansı bir problem yaranarsa, idarəetmə vasitəsilə aşkarlanır, dərhal tədbir görülür”.
Açıqlamanın geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.Bildirilib ki, ölkə

Ən son

GÜNDƏM

2024-cü ilin noyabr-dekabr aylarında “BakuBus” MMC 161 ədəd elektrik avtobusu (“ecobus”) istifadəyə verib. Baki-baku.az şirkətə

GÜNDƏM

Bakının Nərimanov rayonunun Ağa Nemətulla küçəsi ilə Çaykovski küçəsinin kəsişməsində hərəkət yenidən təşkil edilib. Baki-baku.az

GÜNDƏM

Bakıda yol qəzası olub, işıqfor yararsız vəziyyətə düşüb.Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər