Bu gün – 17 oktyabr 2025-ci il tarixində, Füzuli şəhərinin erməni işğalından azad olunmasından düz 5 il ötür.
Baki-baku.az xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu ardıcıl hərbi uğurlar qazanaraq bir çox əraziləri düşməndən təmizlədi. Məhz 2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev “X” sosial şəbəkəsində etdiyi paylaşımda Füzuli şəhərinin və rayonun bir neçə kəndinin işğaldan tam azad edildiyini elan etmişdi. Azad edilən yaşayış məntəqələri sırasında Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı və Cuvarlı kəndləri də var idi.
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Hazırda Füzuli şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam edir. Azad olunmuş ərazilərə həyat qayıdır, sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin edilir.