Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/19/2026

Paylaşın

GÜNDƏM

Futbol ilə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq

Bakı Metropoliteni

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.

Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla, bütün stansiyalar yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun

Ən son

GÜNDƏM

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş

GÜNDƏM

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin