Fransada keçirilən hərracda 22 metr uzunluğunda apatozavrın skeleti təxminən 6 milyon avroya satılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə “Agence France-Presse”ə istinadən xəbər verir.
Məlumata görə, hərrac başlamazdan əvvəl auksion menecerləri bunun indiyə qədər hərraca çıxarılan ən böyük dinozavr skeleti olduğunu iddia ediblər. Onun təxmini dəyəri 3 milyonla 5 milyon avro arasında dəyişirdi. Lakin satış qiyməti bütün proqnozları üstələyib.