Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

Fransa və İspaniyaya məxsus ada

Fazan adası, Fransa, İspaniya, Bidasoa çayı

İki dövlətin sərhədində, Bidasoa çayının ortasında xırda bir torpaq parçası – Fazan adası yerləşir. İlk baxışda heç bir ciddi fərqi yoxdur: orada kimsə yaşamır, turistlərə giriş qadağandır, ərazi isə demək olar ki, bütövlükdə yaşıllıqla örtülüb. Məhz bu kiçik adada bir neçə əsr bundan əvvəl tarix yazılıb: 1659-cu ildə orada Fransa ilə İspaniya arasında uzunmüddətli müharibəyə son qoyan Pireney sülh müqaviləsi imzalanıb.

Baki-baku.az xəbər verir ki, həmin vaxtdan ada unikal status qazanıb – kondominimum (beynəlxalq hüquqda eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi). Adanın idarəedilməsində hər 2 ölkə iştirak edir: altı ay ərzində adanı İspaniyanın İrun şəhəri, növbəti altı ay isə Fransanın Anday şəhəri idarə edir. Həmin qayda hər bu minvalla davam edir – diplomatik birgəyaşayışın ritmini ölçən saatın əqrəbi kimi.

Bu qəribə, eyni zamanda möhtəşəm qayda keçmiş rəqiblərin müharibəsiz hakimiyyəti bölüşməyin yolunu tapmasının simvoluna çevrilib. Bu gün Fazan adası Avropanın ən qeyri-adi məkanlarından biridir – coğrafiya elmi burada hər birimizə xatırladır ki, bəzən kiçik bir torpaq parçası sülhə dayaq olur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir.

Ən son

TARİXİMİZ

XV əsrin sonlarında Azərbaycanda siyasi vəziyyət olduqca mürəkkəb idi.

TARİXİMİZ

XV əsrin sonlarında Azərbaycanda siyasi vəziyyət olduqca mürəkkəb idi.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin