Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/16/2025

Paylaşın

GÜNDƏM

Françesko Lupatelli: “Bakı bütün sahələr üzrə vacib bir şəhərdir”

Françesko Lupatelli, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası, (ACES Europe)

Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, bütün sahələr üzrə dünyada çox vacib bir şəhərdir.

Baki-baku.az xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) prezidenti Françesko Lupatelli Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

O bildirib ki, Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal paytaxtdır:

“Bilirik ki, Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, hər sahədə dünyada çox vacib bir şəhərdir. Dünya İdmanının əvvəlki paytaxtı Monako idi. Biz bu gün böyük sevinc hissi ilə “Dünya İdman Paytaxtı” titulunu rəsmən Bakıya təqdim edəcəyik. İnanırdıq ki, Bakı bu işin öhdəsindən layiqincə gələcək”.

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin