Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

“Finans Kredit” BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb

WhatsApp Image 2026-06-01 at 15.27.53

“Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 133 min manat xalis mənfəətlə başa vurub.
Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 34,5 % azdır.
Ötən il “Finans Kredit”in vergiyəqədərki mənfəəti 166 min manat (əvvəlki ilə nisbətən 34,6 % az), mənfəət vergisi ödəmələri isə 33 min manat (35,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finans Kredit”in aktivləri 2,773 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % azdır. Bunun 2,521 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,3 % kiçilib.
Hesabat dövründə “Finans Kredit”in öhdəlikləri 34,4 % azalaraq 1,584 milyon manata düşüb, balans kapitalı isə 12,6 % artaraq 1,189 milyon manata, o cümlədən nizamnamə kapitalı 64,6 % artaraq 1,055 milyon manata çatıb.
Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ən son

GÜNDƏM

Azərbaycanın bəzi bankların kart əməliyyatlarında texniki problem yaranıb.

GÜNDƏM

Azərbaycanın bəzi bankların kart əməliyyatlarında texniki problem yaranıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin