Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2026

Paylaşın

HƏR ŞEYDƏN

Fikriyyə – Atatürkün könül yarası

Səriyyənin solğun çiçəyindən Fikriyyənin nisgilinə yol gələn dünya, yalan dünya

Hər bir qüdrətli sərkərdə-xaqanın, dövlət və elm xadiminin arxasında dağ kimi dayanan, qüdrəti, əzəməti, ən əsası duaları və sevgiləri ilə onun ömrünü zinətləndirən mütləq bir qüdrətli xatun vardır. Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə tarix yaradan, mənsub olduğu millətin Qurtuluş Savaşını modern Türkiyə Cümhuriyyəti ilə başa çatdıran Qazi Mustafa Kamal Paşa da o qüdrətli simalardandır. Kədəri, nisgili, həsrəti və sonsuz sevgisi ilə Atatürkün qəlbinə əbədi olaraq həkk olunan Fikriyyə ilə bağlı əfsanələr, nağıllar bu gün də insanların ruhunu incitməkdədir.

Qurtuluş Savaşının ən ağır günlərində Mustafa Kamal Paşanın xidmətində dayanıb, köşkü təkbaşına idarə edib

Əldə olunan məlumatlardan bəlli olur ki, 1888-ci ildə dünyaya gələn Fikriyyə xanım fransız və rum dillərini bilməklə, fortepianonu məharətlə dilə gətirməklə yanaşı, intellekti ilə Atatürkün qəlbini ovlayan gözəllərdən olub. “Könlünü Sofiyada buraxan” Atatürkün ona xüsusi hörməti olub. 1920-ci ildə o, hüzur dolu dünyasını arxada qoyaraq Ankaraya – Cankaya köşkünə varıb. Qurtuluş Savaşının ən ağır günlərində Mustafa Kamal Paşanın xidmətində dayanıb. Köşkü təkbaşına idarə edib. Paşanın rəsmi və qeyri-rəsmi qonaqlarının qarşılanma və yolasalma mərasimlərinə rəhbərlik edib. Bu ağır, qayğılı, yorğun günlər Fikriyyə xanımın həyatında dərin iz qoyub. Yoluxucu xəstəliklərin tüğyan etdiyi dönəmdə o, vərəmə tutulub. Paşa onu təcili olaraq Almaniyaya müalicəyə göndərib.

Fikriyyə xanım maşına oturduqdan dərhal sonra “Killigil” tapançası ilə özünü qətlə yetirib

Fikriyyə xanım dərdinə dava aradığı zaman həyatının ən böyük fəlakəti, faciəsi ilə üzləşib. Qazinin anası Zübeydə xatunun istəyi ilə Paşa dövrünə görə mükəmməl təhsil almış Lətifə xanımla evlənib. Bu dəhşətli xəbəri eşidən Fikriyyə xanım müalicəni yarımçıq qoyub Ankaraya dönüb. Cankaya köşkünə varanda o, Lətifə xanımın mühafizəçilərə verdiyi göstərişlə saraya buraxılmayıb. İlk, son və daha doğrusu Əbədi Sevgisi ilə görüşdən məhrum edilən Fikriyyə xanım maşına oturduqdan dərhal sonra Nuru Paşanın Killigil silah zavoduna bağlı “Killigil” tapançası ilə özünü qətlə yetirib. 1924-cü il mayın 30-na təsadüf edən bu hadisəni Qazi Mustafa Kamal Paşa Lətifə xanıma bağışlamayıb. Qısa zaman kəsiyindən sonra onunla nigahına son qoyur.

Cəfər Cabbarlının “Solğun çiçəyi”ndən, Səriyyənin nisgilindən, Fikriyyənin kədərinə yollar görünür

Fikriyyə xanımın ölümü rəsmi sənədlərdə intihar olaraq qeyd edilsə də onun ölümü ilə bağlı şübhələrin içərisində Lətifə xanımın adı xüsusi olaraq qeyd edilir. Qurtuluş Savaşının, Cümhuriyyətin quruluş illərinin yaddaşına kədərlə yazılan bu hadisə Qazu Mustafa Kamal Paşa Atatürkün qəlbində dərin bir yara, nisgil şırımı açıb. Oradan bir daha heç bir sevgi çiçəyi göyərməyib. Cəfər Cabbarlının “Solğun çiçəyi”ndən, Səriyyənin nisgilindən, Fikriyyənin kədərinə yollar görünür. Deyirlər ki, Fikriyyəni köşkə buraxmayan Lətifənin ayaqları köşkdən Fikriyyə adlı könül yarasını unutmayan Qazinin istəyi ilə üzülüb.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sözləri Baki-baku.az-a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, təqdimatda çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin