Nəşr edilmişdir 06/27/2025

Paylaşın

GÜNDƏM

“Festina lente” – tələsik dünyada asta addımlarla irəliləmək

Hər bir şeyin günü-gündən sürətləndiyi dünyada bir anlıq ayaq saxlayıb tələsməməyə səy göstərmək, həyatın dadın çıxartmaq bacarığı vacibdir. Latın dilindən tərcümədə yavaş-yavaş tələsmək, tez, lakin ehmalca irəliləmək mənasında olan “festina lente” ifadəsinin özəyində də bu dayanır. Gördüyümüz işdən qənaətbəxş nəticə almaq üçün alimlər, imperatorlar və filosofların tarix boyu insanlara təlqin etdikləri bu fikrin kökü qədim Romadan gəlir. Roma imperatoru Avqust tez-tez hərbi komandirlərini “yavaş-yavaş tələsməyə” sövq edirdi. O, tələskənliyin zabit üçün təhlükəli keyfiyyət olduğunu düşünürdü. İmperator bu fikrə o qədər önəm verir və uğurun əsas təməllərindən biri hesab edirdi ki, onun dövründə buraxılan pul sikkələrin üzərində bu sözün bir növ gerbi olan lövbər və delfin emblemi həkk olunmuşdu. Təxmin etdiyiniz kimi delfin tələsməyin və cəldliyin, lövbər isə sərt duruşun və dayanıqlığın simvolu idi. Bu məqalədə biz “festina lente” konseptinin həyatımızın fərqli aspektlərinə – iş, şəxsi inkişaf və münasibətlərə təsirindən danışacağıq.

İş və səmərəlilikdə “festina lente”

Gündəlik iş rejimində “dead line”ların bizi tələsdirdiyi məlumdur. Vaxt limitinin olması bizi işə qarşı daha məsuliyyətli yanaşmağa məcbur edir. Sonda iş etibarı ilə müsbət nəticə versə də, müasir cəmiyyətin çox işi az müddətdə görmək istəyi insanın özü üçün müsbət nəticələnmir. Stres, tükənmişlik, işin keyfiyyətsizliyi bu zəncirin bir parçası olur. Əksər hallarda belə tələskənlikdə təhvil verilən işin keyfiyyəti yaxşı olmur.
“Festina lente” anlayışını iş həyatında gerçəkləşdirmək üçün işə verdiyimiz fokusumuzu sürətdən daha üstün tuta bilərik, bu da bizə daha keyfiyyətli iş görməyə və daha sağlam iş-həyat balansını saxlamağa imkan verəcək.

Detallara diqqət

“Festina lente”nin başqa bir önəmli ünsürü detallara diqqətdir. Sürətimizi bir balaca azaldaraq bu anda baş verən söhbətlərə, işə, əlaqəyə daha diqqətlə yanaşdıqda layiq olduğu dəyəri ona vermiş olarıq. Bu yolla keyfiyyət baxımından mükəmməl iş görməklə yanaşı, prosesin özündə xoşbəxtlik və tamamlıq hissi verir.

Şəxsi münasibətlərdə “Festina lente”

“Festina lente” prinsipləri şəxsi münasibətlərimizə də tətbiq oluna bilər. Bu yolla biz daha dərin əlaqələr yarada bilərik. Ani və qısa mesajlaşma və sosial medianın üstünlük təşkil etdiyi bir dünyada daimi ünsiyyətin çılğın tempinə qapılmaq asandır. Buna baxmayaraq, qarşılıqlı əlaqələrimizi yavaşlatmaqla və bir-birimizi eşitməklə və söhbətdə tam iştirak etməklə, biz əsl və mənalı əlaqələri inkişaf etdirə bilərik.

Aktiv dinləmə və empatiya

“Festina lente”nin əsas dayaqlarından biri dinləmə və empatiya etmə bacarığıdır. Daima öz fikrini demək üçün başını aşağı yuxari yelləyib, dinləyirmişsən görüntüsü yaratmaq yerinə həqiqətən də həmsöhbətinizi eşitmək bacarığın inkişaf etdirmək asan olmasa da mümkündür. Qarşımızdakına qulaq asdıqca və empatiya göstərdikcə yenə də xeyirdə olan biz oluruq, çünki əlaqəmiz üçün güvənilir və dəstəkləkləyici bir münasibət olur.

Yavaşla, amma dayanma

Tez dəyişən və sürətli dünyada “festina lente”nin prinsiplərini sınaqdan keçirmək və onlara sadiq qalmaq gündəlik həyatımızı balansda saxlamaq yolunda vacib dəyişimdir. Səbrlə və təmkinlə irəliləyərək, yavaş-yavaş tələsərək işimizdə, şəxsi inkişafımızda və münasibətlərdə sağlam böyüyə bilərik. Sayın çox olması yerinə keyfiyyətin yüksək olmasın prioritetə çevirsək, daha mənalı və dolğun bir həyatımız olar. “Festina lente”nin müdrikliyin unutmadan yavaş-yavaş, həyatın hər anının dadın çıxardaraq yaşamağa çalışaq.

Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının iki küçəsində piyada keçidi təşkil ediləcək.

Ən son

GÜNDƏM, SİYASƏT

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

GÜNDƏM, SİYASƏT

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.