Nəşr edilmişdir 09/01/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Fazil Salayev — Mimikanın və yumorun ustası

Bu gün özünəməxsusluğu ilə seçilən Fazil Salayevin doğum günüdür.
Baki-baku.az xatırladır ki, aktyor 1 sentyabr 1931-ci ildə anadan olub.

Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri olan Fazil Salayev, həm səhnədə, həm də ekranda canlandırdığı fərqli və yadda qalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz buraxıb. Güclü mimikası, incə yumoru və emosiyanı sözsüz ifadə etmək bacarığı onu öz dövrünün seçilən aktyorlarından birinə çevirmişdi.

Bakı şəhərində anadan olan Fazil Salayevin sənətə ilk addımları təsviri sənətə maraqla başladı. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, daha sonra isə müəllimlik və rəssamlıqla yanaşı aktyorluğa maraq göstərərək Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olmuşdu.

Əvvəlcə Akademik Milli Dram Teatrında, daha sonra isə Musiqili Komediya Teatrında çalışaraq teatr səhnəsində özünü sınayan Salayev, geniş tamaşaçı auditoriyasına kinoda yaratdığı obrazlarla tanındı. Onun ilk rol aldığı film “Möcüzələr adası” olsa da, “Ulduz”, “Alma almaya bənzər”, “Bizim Cəbiş müəllim”, “Dərviş Parisi partladır” kimi filmlərdəki obrazları onu məşhurlaşdırdı.

Ən yaddaqalan rollarından biri isə şübhəsiz ki, “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd obrazı idi. Bu rolda Salayev, sözsüz və sükutla oynadığı dramatik performansla aktyor sənətində fərqli yanaşma sərgilədi və Azərbaycan kinosunda xüsusi bir yer qazandı.

Televiziya tamaşaları və “Mozalan” kinojurnalı vasitəsilə də Fazil Salayev müxtəlif xarakterli obrazlar yaratdı və geniş kütlələrin sevimlisinə çevrildi. Təəssüf ki, onun sənət yolu qısa oldu — aktyor 1978-ci ildə, cəmi 46 yaşında, qızı Ofeliyanın doğum günündə dünyasını dəyişdi.

Lakin onun yaratdığı rollar, yumoru, özünəməxsus aktyor üslubu və sənətə olan səmimi münasibəti bu gün də yaşamaqdadır. Fazil Salayev — Azərbaycan aktyorluq məktəbinin gülümsəyən, düşündürən və yadda qalan simasıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В разные исторические эпохи религия служила человеку мостом к Богу, духовному совершенствованию, внутренней красоте, вселяла веру, надежду и

Ən son

GÜNDƏM

Hilal Baydarovun "Xütbə" trilogiyasının son filmi "Boşluğa Xütbə" dünya premyerasını Venesiya Film Festivalında edəcək

GÜNDƏM

Hilal Baydarovun "Xütbə" trilogiyasının son filmi "Boşluğa Xütbə" dünya premyerasını Venesiya Film Festivalında edəcək
Facebook
X (Twitter)
LinkedIn
Email