Nəşr edilmişdir 12/22/2024

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Fastfudun insan üçün daha bir fəsadı aşkarlanıb

Alborz Tibb Elmləri Universitetinin alimləri fastfud ilə depressiya riski arasında əlaqənin olduğunu aşkarlayıblar.
Baki-baku.az bu barədə “Journal of Affective Disorders” elmi nəşrinə istinadən xəbər verir.
Ekspertlərin qənaətləri Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun 17,4 mindən çox iştirakçısının məlumatlarının təhlilinə əsaslanır.
Nəticələrə görə, qadınların 11% və kişilərin 7%-i depressiv simptomlar nümayiş etdiriblər.
Həftədə iki dəfədən çox fastfud yeyən insanların eyni dövrdə ikidən az fastfud istehlak edənlərlə müqayisədə depressiya riski 24% daha yüksək olub.
Bundan başqa, məlum olub ki, həftədə hər bir əlavə fastfud yeməyi depressiya ehtimalını 4% artırır. Əlavə təhlillər isə göstərib ki, fastfud istehlakı ilə depressiya arasındakı əlaqə daha çox orta və ağır piylənmədən əziyyət çəkən insanlar arasında keçərlidir.
Alimlərin fikrincə, onların kəşfi piylənmənin fastfud istehlakı ilə depressiya arasında vasitəçi rolunu oynaya biləcəyi fərziyyəsini təsdiqləyib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ən son

GÜNDƏM

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji

GÜNDƏM

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji