Gözümüzü yumarkən gördüyümüz qaranlığın adı eygenqraudur. Sözün hərfi mənası isə alman dilində tərcümədə “daxili bozumuz”, “öz bozumuz”dur. Bu rəng qara rənglə oxşar olsa da tam dolğun qara deyil. Digər adı qaranlıq işıq mənasına gələn eygenqrau işığın yoxluğunda gördüyümüz rəngdir. Gözümüzün görməsi üçün rənglərin kontrast təşkil etməsi işığın parlaqlığından daha önəmlidir. Bu səbəbdən, gecə qaranlıqda ulduzların işıqlandırdığı qaranlıq eygenqraudan daha açıq rəng kimi görünür.