Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/19/2025

Paylaşın

HƏR ŞEYDƏN

Əvvəllər şəkər qabına dəfnə yarpağı niyə qoyulurdu?

Əvvəllər demək olar ki, hər kəsin şəkərqabında dəfnə yarpağı olurdu. Şəkərin içində yarpaq görmək sanki ev sahibəsinin səliqəli və bacarıqlı olduğunu göstərirdi, baxmayaraq ki, hamı onun səbəbini bilmirdi. Əslində isə bu, heç də təsadüfi deyildi.
Baki-baku.az xəbər verir ki, evdar qadınlar heç nəyi səbəbsiz etmirdilər. Daimi qıtlıq şəraitində hər şeyə qənaət edir, olanı qorumağa çalışırdılar. Lakin bu üsul indi də faydalı ola bilər.
Məsələ ondadır ki, ədviyyatlı qoxusu olan dəfnə yarpağı təbii həşəratqovucu rolunu oynayır. Dəfnə yarpağı şəkərə, kisələrdəki şəkərə, un və ya dənli məhsullara qoyulsa, milçəklər və qarışqalar yaxın düşməz.
Dəfnə yarpağını sevməyən həşəratlara milçəklər, güvələr, tarakanlar, ağcaqanadlar, gənələr aiddir.
Dəfnə yarpağındakı efir yağları kəskin və ədviyyatlı qoxu yayır bu isə təbii baryer kimi işləyir. Ona görə də yalnız quru deyil, təzə dəfnə yarpaqlarını da anbarlarda, şkaflarda və həşəratların toplaşa biləcəyi yerlərdə saxlamaq olar.
Dəfnə yarpağı əvəzinə mixək, limon qabığı və ya sarımsağın bir dişindən də istifadə etmək mümkündür. Bu üsul 100 % zəmanət verməsə də, həmin yerdə həşəratların yaranma ehtimalını azaldır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin