Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2025

Paylaşın

GÜNDƏM

Evin qiymətinə ananas: var-dövlətin simvoluna çevrilən meyvə

Evin qiymətinə ananas, Ananas

18-19-cu əsrlərdə Avropanı əsl ananas hərarəti bürümüşdü. Bu tropik qonaq təkcə ləzzətli meyvə deyil, var-dövlətin və aristokratik zərifliyin simvoluna çevrilmişdi.

Baki-baku.az xəbər verir ki, İngiltərədə bir ananasın istixanada yetişdirilməsi müasir pulla təxminən 2000 funt sterlinqə başa gəlirdi. Təsəvvür edin: bir meyvənin dəyəri kiçik bir malikanə qədər idi!

Bu meyvəni yemirdilər, onunla öyünürdülər. Ananasları bal və ziyafətlər üçün icarəyə götürürdülər, çünki o, zənginliyin və uğurun göstəricisi sayılırdı. Ananas rəssamlığa, memarlığa, hətta dəbə sirayət etmişdi – Şotlandiyadakı Danmor qraflarının məşhur “Ananas evi”nin günbəzini bu meyvənin fiquru bəzəyirdi.

XVIII əsrdə ananasa sahib olmaq təkcə varlı olmaq demək deyildi — bu, təbiətə və zamana hökm etməyin nümayişi idi.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tezliklə Bakıya 200 yeni avtobus gətiriləcək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər