Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2025

Paylaşın

GÜNDƏM

Everesti fəth edən ilk azərbaycanlı qadın

Everesti fəth edən ilk azərbaycanlı qadın, Everest, Vəfa Musayeva, Alpinist

Vəfa Musayeva Azərbaycan idmanı tarixinə düşüb.

Baki-baku.az xəbər verir ki, o, Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub.

Vəfa bu uğuruna mayın 15-də imza atıb. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü Azərbaycan alpinistidir.

2007-ci ildə İsrafil Aşurlı, 12 il sonra Vadim Vokryaçko buna nail olublar. Düzdür, daha iki azərbaycanəsilli idmançı Everestə yüksəlib. Amma buna 2013-cü ildə sevinən Murad Aşurlı Rusiya və ABŞ vətəndaşı kimi zirvəni fəth edib.

Everestə qalxan ilk azərbaycanəsilli qadın isə Elmira Aslanova olub. O, 2023-cü ildə Ukrayna vətəndaşı kimi bunu bacarıb.

Qeyd edək ki, hündürlüyü 8848 metr olan Everestə ilk dəfə 1953-cü ildə nepallı Tentsiq Norqey və yeni zelandiyalı Edmund Hillari çıxıblar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Atlantik okeanı ilə Sakit okean arasında su yolundan danışanda, göz önünə dərhal Panama kanalının nəhəng şlyuzları və sonsuz