Mayın 23-də Opera Studiyasında Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun “Xəzər balladası”, “Xeyir və Şər” baletlərinin tamaşası keçiriləcəkdir.
“Xəzər balladası” baleti musiqi və xoreoqrafiyasınındili ilə dənizin dərin qatlarından neft çıxaqmaqla məşğul olan neftçilərin çətin və rəşadətli əməyini tərənnüm edir, eyni zamanda müasir dövrdə bəşəriyyət üçün əsl fəlakətə çevrilən ekoloji problemlərdən biri – dənizin çirklənməsinə qarşı insanları sayıq olmağa, mübarizəyə çağırır.