Xəzər balladası - Xeyir və Şər

Mayın 23-də Opera Studiyasında Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun “Xəzər balladası”, “Xeyir və Şər” baletlərinin tamaşası keçiriləcəkdir. “Xəzər balladası” baleti musiqi və xoreoqrafiyasınındili ilə dənizin dərin qatlarından neft çıxaqmaqla məşğul olan neftçilərin çətin və rəşadətli əməyini tərənnüm edir, eyni zamanda müasir dövrdə bəşəriyyət üçün əsl fəlakətə çevrilən ekoloji problemlərdən biri – dənizin çirklənməsinə qarşı insanları sayıq olmağa, mübarizəyə çağırır.
Bəstəkarın ikinci baleti “Xeyir və Şər” böyük Nizaminin eyni adlı poemasının motivləri əsasında səhnəyə qoyulmuşdur. Tamaşada Yer üzərində bir-biri ilə əbədi ziddiyətdə olan iki qüvvə – Xeyir və Şər qüvvələrin mübarizəsi və bu mübarizədə Xeyrin Şər üzərində mütləq qələbəsindən bəhs olunur.
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu

Xəzər balladası - Xeyir və Şər

Məkan

Təsvir