Qaraçı köçü çayın sahilində məskən salmışdır. Axşamdır. Aleko qaraçıların içərisindədir. Artıq iki ildir ki, o kübar cəmiyyəti tərk edərək, qaraçılarla birlikdə köçəri həyat sürür. Aleko və gənc Zemfira bir-birlərini sevirlər, lakin bir müddətdən sonra qızın Alekoya olan hissləri soyuyur. Zemfiranın atası qoca qaraçı gənclik illərini və uğursuz sevgisini xatırlayır. Sevgilisi Mariula yalnız bir il ona sədaqətli olmuş, sonra körpə qızını onun ümidinə buraxaraq, başqası ilə qaçmışdı.
Aleko özlüyündə nə üçün qaraçının ona xəyanət edən arvadından intiqam almadığı haqqında düşünür, o özü tərəddüd etmədən hətta yatmış vəziyyətdə olsa belə düçmənini o dünyaya göndərə bilərdi. Lakin Zemfira və onun gizli sevgilisi, gənc qaraçı başqa cür düşünür: sevgi azaddır! Qocanın qəmli hekayəsinin təsirindən uzaqlaşmaq üçün qaraçılar rəqs etməyə başlayırlar. Rəqs zamanı Zemfira və gənc qaraçı hamıdan uzaqlaşaraq gizli bir yerə çəkilirlər. Alekonun qəlbini əzablı qısqanclıq hissi bürümüşdür. O gecəni fikir-xəyal içərisində keçirir. Səhər açılır. Kurqanın arxasında Zemfira gənc qaraçı ilə sağollaşır. O tələsir. Lakin Aleko artıq onların yanındadır. O Zemfiranln sevgisini qaytarmağa səy göstərsə də cəhdi boşa çıxır. Qısqanclıq hissi aşıb-daşan Aleko sevgililəri öldürür. Səs-küyə qaraçılar gəlir. Zemfiranın atası və onunla birlikdə bütün qaraçılar Alekodan qaraçı dəstəsini tərk etməyi tələb edirlər. Səhər açılmışdır. Qaraçı köçü yola düşür. Aleko ümidsizlik içərisindədir, o yenə tənhadır.Yaş: +6
Dil: Rus
Vaxt :19:00
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu