Qarabağnamə

“Qarabağnamə” tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. Dram əsəri xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii və obrazlı tərənnümüdür.
İbrahim xan Şuşa qalasında hakimiyyətini bərqərar edərək həm İranla, həm də Rusiya ilə siyasi-iqtisadi əlaqələri və dostluq münasibətlərini möhkəmlətməyə çalışır. Onun bu siyasəti Azərbaycanın digər xanlıqlarında əvvəl gizlin, sonra açıq narazılıq doğurur. Vəziyyətdən istifadə edən erməni icması xanlıqlar arasındakı narazılıqları fitnə-fəsadla düşmənçilik səviyyəsinə çatdırır. Bütün bunlar Azərbaycanda böyük fəlakətlər törədir. İbrahim xan çar siyasətinin səmimiliyinə inanır və sonda aldadıldığını anlayır.
Akademik Milli Dram Teatrı

Qarabağnamə

Məkan

Təsvir