"Qarabağ gecəsi" xeyriyyə konserti

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. 8 iyul 2025-ci il tarixində – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcək. Konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.
Konsertdən əldə ediləcək bütün vəsait Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.
Azərbaycan Dövlət Akademik Filarmoniyası

"Qarabağ gecəsi" xeyriyyə konserti

Məkan

Təsvir