AZƏRBAYCANDA İLK DƏFƏ!
Bakı Olimpiya Stadionunun möhtəşəm səhnəsində — bənzəri olmayan Justin Timberlake! 10 qat GRAMMY mükafatı laureatı, dünya şöhrətli ulduz, “Can’t Stop the Feeling!”, “Mirrors” kimi hitlərin müəllifi — Bakıda unudulmaz şou ilə çıxış edəcək!
Castin Timberleykin mahnıları və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə və baxış sayı toplamışdır. O, həmçinin “Saturday Night Live” şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə “Emmy” mükafatı qazanıb. Aktyor kimi o, “DreamWorks” studiyasının məşhur animasiya franşizası olan “TROLLS” filmlərində (o cümlədən 2023-cü ildə çıxan “TROLLS BAND TOGETHER”) səsləndirmə etmişdir. Onun “TROLLS” filmindən olan “Can’t Stop the Feeling!” mahnısı 2017-ci ildə “Oskar”da “Ən yaxşı orijinal mahnı” nominasiyasına layiq görülmüşdü.