GƏZMƏLİ YERLƏR >

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi müasir, unikal memarlığı ilə yerli və xarici qonaqların daim diqqətini cəlb edir. Mərkəzdə tariximizin və və müstəqil müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmləri əks etdirilir. Burada toplanan məlumatlar ziyarətçilərə müasir üsullarla çatdırılır. Yalnız Azərbaycanın tarixi, mədəniyyəti deyil, dünya ölkələrinin də mədəni sivilizasiyası, tarixi sərgilər, nümayişlər vasitəsilə ziyarətçilərə çatdırılır.
Göstərilən kateqoriyalardan olan Azərbaycan vətəndaşları mərkəzdəki muzey və sərgiləri ödənişsiz ziyarət edə bilərlər: Milli qəhrəmanlar, şəhid ailələri, uşaq evləri və internat məktəblərində yaşayan uşaqlar.Göstərilən kateqoriyalardan olan Azərbaycan vətəndaşları “Güzəştli bilet”ə sahib ola bilərlər: Müharibə veteranları, I və II qrup əlillər, hərbi qulluqçular, şagird, tələbə, hərbi məktəblərin müdavimləri və Azərbaycan Respublikasının yaşı 65-dən yuxarı olan vətəndaşları.
Heydər Əliyev Mərkəzi Ünvan: 1 Heydər Əliyev prospekti, Bakı 1033 Əlaqə nömrəsi: (+994) 012 505 60 01

Ünvan

Heydər Əliyev Mərkəzi Ünvan: 1 Heydər Əliyev prospekti, Bakı 1033

Əlaqə nömrəsi: (+994) 012 505 60 01

BILET

Məkan

Təsvir