N.V.Qoqolun eyniadlı pyesi əsasında 2 pərdəli komediya
Tamaşada N.V.Qoqolun pyesi əsasında bədbəxt kürəkənlərin, seçici gəlinin, hiyləgər çöpçünün və saray müşaviri İvan Kuzmiç Podkolesinin tacirin qızı Aqafiya Kuperdyaigina ilə az qala uğurlu, lakin nəticədə uğursuz toyundan bəhs edilir. Özünə tanış olan nizam-intizamı və rutinliyi ilə öz şəxsi dünyasını qoruyub saxlamağa ümidsizcəsinə çalışan qəhrəman, pəncərədən atılaraq öz toyundan qaçır.