Azərbaycan Dövlət Kukla Teatrında rus folklorundan “Durna balığının əmri ilə” adlı nağılın motivləri əsasında “Durna balığı” tamaşası təqdim olunacaq. Teatrın rus bölməsində hazırlanan bu tamaşa müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gəlib.