Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti Sona Aslanovanın 100 illiyinə həsr olunacaq.
Oktyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində tanınmış opera müğənnisi İnarə Babayevanın solo konserti keçiriləcək. Konsert Azərbaycanın tannımış opera müğənnisi, Əməkdar artisti Sona Aslanovanın anadan olmasının 100 illiyinə həsr olunacaq. Əməkdar artist Zülfiyyə Sadıqovanın müşayiəti ilə baş tutacaq konsertin proqramında Sona Aslanovanın repertuarından 50 ildən artıqdır ifa olunmayan dünya və milli klassik musiqi əsərləri səslənəcək. Bundan əlavə, konsertdən əvvəl İnarə Babayevanın Sona Aslanovanın yaradıcılığına həsr olunmuş kitabının təqdimatı olacaq. Qeyd edək ki, İnarə Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, Prezident təqaüdçüsüdür.

Ünvan: Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan

Əlaqə: +994 12 497 89 73

Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq

Ünvan

BILET

Məkan

Təsvir