Emin Sabitoğlunun “Bir Axşam” adlı konsert proqramı
1 may tarixində Opera Studiyası səhnəsində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş “Bir axşam” adlı möhtəşəm konsert proqramı baş tutacaq.
Bu musiqi gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcək, bəstəkarın sevilən əsərləri tamaşaçılara təqdim olunacaq.