Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/16/2026

Paylaşın

GÜNDƏM

ETSN-də WUF13 ilə əlaqədar dəyirmi masa təşkil edilib

ETSN, WUF13

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

ETSN-in mətbuat xidmətindən Baki-baku.az-a verilən məlumata görə, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər.

Çıxışlarda şəhərlərdə ekoloji düşüncənin formalaşdırılması, dayanıqlı həyat tərzinin təşviqi və ictimai iştirakçılığın artırılmasının ətraf mühitin qorunması baxımından əhəmiyyəti, eləcə də ekoloji təhsil və maarifləndirmə sahəsində effektiv yanaşmalar, gənclərin və yerli icmaların bu prosesdə rolu vurğulanıb.

Ekoloji maarifləndirmənin genişləndirilməsi, gənclərin ekoloji təşəbbüslərdə iştirakının artırılması, inklüziv iştirakçılığın təşviqi və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun, “Təmiz Şəhər” ASC-nin, “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri təqdimatlarla çıxış ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin