Nəşr edilmişdir 03/13/2025

Paylaşın

GÜNDƏM

Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Zəfər parkını ziyarət edib

Estoniya-Azərbaycan, Estoniya, Zəfər Parkı, parlamentlərarası işçi qrupunun sədri, Riina Solman

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri xanım Riina Solman martın 13-də Bakıda Zəfər parkını ziyarət edib.
Baki-baku.az xəbər verir ki, işçi qrupunun xanım sədri Zəfər abidəsinin önünə gül dəstələri qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, Zəfər parkı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2024-cü il noyabrın 8-də açılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində martın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu

GÜNDƏM

Azərbaycan ərazisində martın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu