Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/01/2026

Paylaşın

GÜNDƏM

“Bakı Marafonu 2026” ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

WhatsApp Image 2026-05-01 at 17.12.47

“Bakı Marafonu 2026” ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.
Bu barədə Baki-baku.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə “Sea Breeze”də finiş nəzərdə tutulub.
“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay" MMC elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin