Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

HƏR ŞEYDƏN

Eşşək və keçi südündən hazırlanan dünyanın ən bahalı pendiri

Dünyanın ən bahalı pendiri, Pule pendiri, Pendir

Pule pendiri dünyanın ən bahalı pendiridir. Onun kiloqramı orta hesabla 1 000-1 300 avroya başa gəlir. Bu pendirin əsas özəlliyi dünyanın yalnız bir yerində, özü də inək südündən deyil, eşşək və keçi südündən hazırlanmasıdır.

Baki-baku.az “IFLScience”ə istinadən xəbər verir ki, Pule pendirinin yüksək qiymətinin sirri onun istehsal prosesində və əsas tərkib hissəsindədir.

Dünyanın ən bahalı bu pendirinin 60%-i Balkan eşşəyinin südü və 40%-i keçi südündən ibarətdir. Eşşəklər inəklərdən qat-qat az, gündə ən çox 2 litr süd verir. Eşşəklərin sağılması üçün xüsusi avadanlıq yoxdur, buna görə də Serbiyadakı fermerlər Pule pendiri üçün südü çətinliklə əldə edirlər. 1 kq Pule pendiri hazırlamaq üçün 25 litr eşşək südü lazımdır.

Pule pendirini fermerlər yalnız Serbiyanın şimal-qərbində, Belqraddan 80 km aralıda yerləşən Zasavitsa adlı təbiət qoruğunda istehsal edirlər. Bu pendir zərif, azca duzlu dada, həmçinin qaymaqlı tekstura malikdir. Pule pendiri omeqa-3 yağ turşuları, zülallar və kalsiumla zəngindir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin