Nəşr edilmişdir 05/22/2025

Paylaşın

GÜNDƏM

Ermitajda bütün ekspozisiyaya baxmaq üçün 20 kilometr məsafə qət etmək lazımdır

Dünyanın ən böyük muzeylərindən birinin tarixi 1764-cü ildə İmperator II Yekaterinanın alman taciri İohann Ernst Qotskovskidən rəsm kolleksiyasını aldığı vaxtdan başlayır.
Baki-baku.az xəbər verir ki, fransız dilindən tərcümədə “Ermitaj” “tənhalıq yeri”, “zahidin məskəni” deməkdir. Bu, İmperatriçənin rəsm kolleksiyasının yerləşdiyi mənzillərinin adı idi. 2021-ci ilə qədər Dövlət Ermitaj Muzeyində 3,185,642 eksponat var idi.
Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar “Qış sarayı”nın otaqlarında yerləşdirilib. “Qış sarayı”nın 1050 otağı var. 18-ci əsrdə baş verən yanğına qədər binanın 1500 otağı olub. 117 pilləkən, 1945 pəncərə, 1080 qapıdan ibarət olan Ermitaj dünyanın 7 incisindən biri sayılır.
Burada Qədim dünya, Qərbi Avropa zalı, Şərq şöbəsi, İlkin mədəniyyət dövrü, Rusiya mədəniyyəti tarixi bölməsi, Brilyant fondu, Numizmatika bölməsi muzeyə gələnlərin ixtiyarına verilib. İnqilabdan sonra incəsənət əsərlərinin ümumi sayı və dəyəri daha da artıb. Böyük Vətən müharibəsi illərində kolleksiya yerli sakinlər tərəfindən Sverdlovsk şəhərinə evakuasiya edilib. 1945-ci ildə isə yenidən muzeyə qaytarılıb. Hazırda 400 otaq ziyarətçilərin üzünə açıqdır. Muzeyin 3 milyon eksponatı var. Bütün ekspozisiyaya baxmaq üçün 20 kilometr məsafə qət etmək lazımdır. Səkkiz satlıq iş günü ərzində hər bir eksponatın qarşısında bir dəqiqə vaxt sərf etmək üçünsə hər bir ziyarətçi 11 il vaxt sərf etməlidir.

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir