Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2025

Paylaşın

GÜNDƏM

Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü başlayıb

IMG-20250417-WA0129

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinlərinin görüşü başlayıb.

Baki-baku.az bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, danışıqlarda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edir.

Görüş çərçivəsində üçtərəfli əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

“Region ölkələri bir sıra məsələlər üzrə vahid yanaşmalar inkişaf etdirməlidir. Məhz bu istiqamətlər bugünkü görüşdə əsas olacaq”, – deyə mətbuat xidməti Darsaliyanın sözlərini təqdim edib.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…