Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Emal olunmuş ət məhsulları sağlamlıq üçün təhlükə yaradır

Ət məhsulları, Ət, Kolbasa, Sosiska

Emal olunmuş ət məhsulları – kolbasa, sosis və digər bu kimi məhsullar mütəmadi istifadə edildikdə insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Baki-baku.az-ın məlumatıa görə, mütəxəssislər hesab edir ki, bunun səbəbi onların sənaye üsulu ilə hazırlanması, çoxlu miqdarda duz, nitrit və müxtəlif konservantların əlavə edilməsidir.

Belə qidalar bağırsaq xərçəngi də daxil olmaqla onkoloji xəstəliklərin inkişaf riskini artırır. Həmçinin artıq çəki, piylənmə və II tip şəkərli diabetin yaranmasına da şərait yaradır. Çox miqdarda qırmızı ət qəbul edilməsi isə xolesterinin yüksəlməsinə və damarların aterosklerotik dəyişikliklərinə gətirib çıxarır. Bu isə ürək-damar xəstəlikləri üçün əlavə risk faktorudur.

Mütəxəssislər bildirirlər ki, qırmızı və emal olunmuş ətin tez-tez istifadəsi qaraciyər, böyrəklər və həzm sisteminə də əlavə yük yaradır. Ona görə də gündəlik rasionda alternativ və daha sağlam seçimlərə üstünlük vermək tövsiyə olunur.

Daha faydalı variant kimi dərisiz toyuq və ya hinduşka əti, yağsız şəkildə – əsasən qaynadılaraq və ya sobada bişirilərək qəbul edilə bilər. 

Qeyd edək ki, qırmızı ətin tamamilə rasiondan çıxarılması vacib deyil. Əksinə mütəxəssislərin sözlərinə görə, düzgün miqdarda və balanslı şəkildə qəbul edildikdə o, bədənin protein ehtiyacını ödəyərək əzələlərin bərpasına və orqanizmin güclənməsinə kömək edir. Əsas məsələ ifrata varmadan, ölçünü qorumaqdır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu mətbəxin ən ləzzətli miraslarından biri – fəsəli, sanki xalqımızın həyat fəlsəfəsini xəmirin qatlarına bürüyərək bizə təqdim edir.

Ən son

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin