Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2026

Paylaşın

GÜNDƏM

Elektron resurslar virtual oxuculara təqdim edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuların informasiya təminatının gücləndirilməsi, milli-mədəni irsin, klassik Azərbaycan ədəbiyyatının və ana dilinin təbliği istiqamətində elektron resursların hazırlanmasını davam etdirir.
Bakı-baku.az xəbər verir ki, Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə “Dünya şöhrətli söz ustadı Xaqani Şirvani” adlı virtual sərgi hazırlanıb. Virtual sərgi ümumilikdə 7 bölmədən ibarətdir. Sərgidə şairin həyat və yaradıcılığını, ədəbi irsini və onun haqqında aparılan elmi araşdırmaları əks etdirən zəngin materiallar toplanıb. Elektron resursda 20 kitab, 20 məqalə və 10 tarixi-xatirə fotoşəkili təqdim olunub. Sərgi istifadəçilərə Xaqani Şirvaninin yaradıcılığı ilə yaxından tanış olmaq, onun Azərbaycan və dünya ədəbiyyatındakı mövqeyi haqqında ətraflı məlumat əldə etmək imkanı yaradır.
Bununla yanaşı, Azərbaycan dilinin inkişafı, qorunması və təbliği istiqamətində hazırlanmış “Azərbaycan dili: inamlı gələcək” adlı elektron baza da oxucuların istifadəsinə verilib. Elektron baza 7 bölmədən ibarət olmaqla Azərbaycan dilinin tarixi, inkişaf mərhələləri, dövlət dili siyasəti, dilin saflığının qorunması və zənginləşdirilməsi ilə bağlı müxtəlif informasiya resurslarını özündə birləşdirir.
Elektron bazanın videoqalereya bölməsində mövzu ilə bağlı 12 videomaterial yerləşdirilib. Bundan əlavə, bazada Azərbaycan dili ilə bağlı 128 məqalə və 23 kitabın elektron biblioqrafik məlumatı və ya tam mətni istifadəçilərə təqdim edilir.
Kitabxana tərəfindən mütəmadi olaraq hazırlanan virtual sərgilər və elektron məlumat bazaları istifadəçilərə məsafədən operativ və etibarlı informasiya əldə etmək imkanı yaradır. Bu resurslar oxucuların zəngin elektron informasiya mənbələrindən rahat şəkildə faydalanmasına, eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ədəbi irsinin və ana dilinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Elektron resurslar ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:


https://clb.az/elektron/Anadili/index.html


https://www.clb.az/multi-medi-a/virtual-sergi/dunya-sohr-tli-soz-ustadi-xaqani-sirvani

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin