Nəşr edilmişdir 10/24/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək

ağacəkmə , ağac, yaşıl

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində ölkə ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında yüz minlərlə yeni ağac və kollar əkilib. Bu işlər ölkəmizin paytaxtı Bakı şəhərində də geniş vüsət alıb. Şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilir.

Ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri də yaxından iştirak edirlər. Bu işlər çərçivəsində oktyabrın 23-də Bakı Şəhər və Qaradağ rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt magistral yolunun kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.

Bu gün keçirilən aksiyada icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar Şamı və oleandr kolları əkilib. Yeni əkilən kollara və bu ərazıdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Yaxın gələcəkdə bu ərazidə əkilən ağac və kollar Bakı şəhərinin əsas giriş istiqaməti olan Bakı-Ələt magistral yolunu daha da gözəlləşdirəcək, sakinlərimiz və şəhərimizin qonaqlarının zövqünü oxşayacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda