Nəşr edilmişdir 10/01/2024

Paylaşın

GÜNDƏM

“Əgər İstanbul və Parisin uşağı olsaydı, o, mütləq Bakı olardı.”

Bakı şəhərinin inkişafı və gözəlləşməsi hər gün göz önündədir və bu dəyişikliklər həm şəhər sakinlərinin, həm də əcnəbi qonaqların nəzərindən qaçmır. Şəhərimizin sürətli inkişafı nəticəsində vətəndaşların həyat standartı yüksəlir, xarici turizm isə yeni zirvələrə qalxır. Son statistik məlumatlara əsasən, Azərbaycana gələn turistlərin sayı 37% artıb ki, bu da turizm sektorunun güclü inkişafının göstəricisidir.Xarici blogerlər və səyahətçilər Bakı və ümumi olaraq Azərbaycanın gözəllikləri ilə yaxından tanış olduqca, ölkəmiz onların maraq və təəccübünü daha çox cəlb edir. Bir çox xarici turist Bakını əvvəllər ucqar və geridə qalmış bir yer kimi tanıyırdı, lakin sosial media sayəsində bu yanlış stereotiplər tədricən aradan qalxır. Məşhur səyahət bloggeri, əslən Kaliforniyadan olan Diana, Azərbaycana etdiyi səfər zamanı şəhərin və regionların gözəlliklərini dünyaya çatdırmaq üçün bir sıra maraqlı paylaşımlar edib.Diana yalnız Bakı ilə kifayətlənməyərək, Azərbaycanın müxtəlif bölgələrini də gəzib. O, Naxçıvanda Əlincə qalası, İsmayıllıda Asma körpü, Palçıq vulkanları və Qobustan kimi tarixi və təbii məkanları ziyarət edib. Blogger Bakı haqqında isə belə qeyd edib: “Bakı elə bir şəhərdir ki, burada darıxdırıcı bir künc belə yoxdur”. Diana, şəhərimizin gözəlliyini və dinamikasını vurğulayaraq, Bakını belə təsvir edib: “Əgər İstanbul və Parisin uşağı olsaydı, o, mütləq Bakı olardı.”

Mənbə: https://www.instagram.com/justwanderlustblog?igsh=MW13MWdtNDA2Y2RlOQ==

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas

Ən son

GÜNDƏM

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

GÜNDƏM

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.