Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Əbədiyyəti fəth edən Azərbaycan bəstəkarı – BAKILILAR

Vasif Adıgözəlov, Bəstəkar

İnsanların mədəni yaddaşının bir hissəsinə çevrilən və sahibləri artıq dünyada olmasalar da unudulmayan və dillərdə gəzən adlar var. Azərbaycan xalqı üçün belə adlardan biri də əsərləri milli tariximizin və mənəviyyatımızın özünəməxsus musiqi salnaməsinə çevrilmiş bəstəkar Vasif Adıgözəlovdur.

Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, xalq artisti, professor, “Şöhrət” və “İstiqlal”ordenlərinə layiq görülmüş Dövlət Mükafatı laureatı Vasif Adıgözəlovun vəfatından 19 il ötür. Adıgözəlovu xatırlayan zaman, təkcə onlarla şah əsərlərin müəllifindən deyil, həm də sənətində muğam və simfoniyanı, Şərqlə Qərbi, şəxsi və ümumxalq dəyərlərini birləşdirməyi bacaran bir insandan bəhs edirik. Onun bəstələdiyi musiqi konsert salonlarından kənara çıxdı – zamanın səsi, azadlığa, müstəqilliyə və əbədiyyətə can atan Azərbaycanın sədası oldu.

Unudulmaz bəstəkar 28 iyul 1935-ci ildə Bakı şəhərində məşhur muğam ustası Zülfi Adıgözəlovun ailəsində anadan olub. İbtidai musiqi təhsilini konservatoriyanın nəzdində on illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına Qara Qarayevin bəstəkarlıq sinfinə və Simuzər Quliyevanın fortepiano sinfinə daxil olub, 1959-cu ildə isə bu təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən Adıgözəlov ölkənin müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışaraq əmək fəaliyyətinə başlayır. O, 1990 – cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi seçilib – həmin dövrdə ölkə üçün dönüş nöqtəsi olan məqamda, musiqi təkcə incəsənət səhəsi deyildi, həm də milli ruhu ifadə etmək üsuluna çevrilmişdi.

Musiqi ictimaiyyətində böyük nüfuza sahib idi: Vasif Adıgözəlov müxtəlif məktəblərin bəstəkarlarını birləşdirdi, gənc musiqiçilərin maraqlarını müdafiə etdi, XX əsrin sonlarının ən çətin şəraitində milli incəsənətin inkişafını dəstəklədi. Adıgözəlovun bəstələri Azərbaycanın hüdudlarından kənarda səslənirdi: Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və postsovet ölkələrində.

Onun əsərləri hər zaman böyük həvəslə qarşılanırdı, çünki hər bir dinləyicinin anlaya biləcəyi orijinallıq, güc və millilik hiss edilirdi.

Vasif Adıgözəlov “Ölülər” və “Natəvan” operalarının, altı musiqili komediyanın, “Odlar Yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala – 1915”, “kədər karvanı” oratoriyalarının, üç simfoniyanın, “Segah” Muğam simfoniyasının, beş instrumental konsertin, çoxsaylı kamera-instrumental kompozisiyaların, yüzə qədər mahnı və romansların, tamaşalara və bədii filmlərə musiqinin müəllifidir. 1972-ci ildən Vasif Adıgözəlov öz taleyini Bakı Musiqi Akademiyası ilə əlaqələndirib. O, müəllim, dosent, professor və “Xor dirijorluğu” kafedrasının müdiri vəzifələrində çalışaraq gənc musiqiçilərin yetişdirilməsində böyük xidmətlər göstərib.

1990-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışıb.

Azərbaycanda incəsənət xadimlərinə daim yüksək səviyyəli dövlət qayğısının göstərilməsi nəticəsində dahi bəstəkara 1973-cü ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 1988-ci ildə isə “Xalq artisti” fəxri adları verilib.

1995-ci ildə Ülü Öndər Heydər Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

Ölkəmizin başçısı İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə diqqəti nəticəsində Vasif Adıgözəlova 2005-ci ildə “İstiqlal” ordeni verilib.

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.

Vasif Adıgözəlovun yaradıcılığında “Natəvan” operası özünəməxsus yer tutur. Dahi bəstəkarımız ömrünün sonuna kimi müəllifi olduğu əsərin musiqimizin beşiyi Şuşada, Azərbaycanın əzəli və əbəli torpaqları olan Qarabağda səslənməsi arzusu ilə yaşayıb.

Qarabağ zəfərinin müəllifi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğalına və Vətən həsrətinə son qoyulub. Məhz bundan sonra, 2023-cü ildə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında ilk yaşanıb və Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri operanı təqdim ediblər. Dirijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

Vasif Adıgözəlov dünyadan köçsə də, onun musiqisi bizi yadigar qalıb – doğma torpağın nəfəsi, muğamın səsi, Bakı şəhərinin üzərindən keçən həzin bir laylay sədası kimi. Onun melodiyaları – milli yaddaşın canlı tablolarıdır, burada keçmişlə gələcək, işıqla qaranlıq, sevinc və kədər qovuşur. Onun yaratdığı hər bir akkord, hər bir nəqarət sanki pıçıldayır: «Mən buradayam. Mən sizin qəlbinizdəyəm». Bu musiqi səsləndikcə, Vasif Adıgözəlovun adı əbədi yaşayacaq.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Payız mövsümündə soyuqdəymədən qorunmaq üçün C vitamini və digər qida əlavələrinə üz tutanların sayı artır

Ən son

GÜNDƏM

Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir.

GÜNDƏM

Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin