Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Dünyanın məşhur kitabxanalarında 117 əsəri mühafizə olunan mütəfəkkir alim – Əl-Fərabi

Tanrının köç əyləyib, niqabını qaldırıb, səma kitablarını mələklərin qanadında Yer üzünə endirib, peyğəmbərləri xəlq etdiyi Şərq həm də qüdrətli fikir və düşüncə sahibləri, təbib-filosofları, ustad sənətkarları, mütəfəkkir alimləri ilə məşhurdur. Onlardan biri də Əl-Fərabidir.
Baki-baku.az bildirir ki, minillər boyu Səlib yürüşünə məruz qalan Şərqin əvəzsiz simalarından biri olan Əl-Fərabinin kitablarının məhv edilməsinə baxmayaraq, onun məntiqə dair 43, fetofizikaya dair 11, əxlaqa dair 7, siyasətə və analitikaya dair 7, musiqi mədəniyyətinə və tarixinə həsr olunan 17, tibbin və sosiologiyanın müxtəlif sahələrini əks etdirən 11 və Qurani-Kərimin təfsirinə aid əsərləri ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirməkdədir. Bütün qüdrəti, əzəməti və əvəzsiz məxəzləri ilə bu gün də diri, dipdiri olan Əl-Fərabinin əsərləri dünyanın məşhur kitabxanalarında, arxivlərində, əlyazmaları fondlarında mühafizə olunur.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как передает портал Baki-baku.az, об этом сообщила пресс-служба Университета штата Аризона (ASU)